BAKI, 17 oktyabr — Sputnik. İranın Azərbaycandakı səfirliyi Gəncə terrorunu pisləyib.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi dünən gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyib.
Bu barədə Sputnik Azərbaycan-a səfirlikdən məlumat verilib.
"Həlak olanların ailələrinə baş sağlığı və yaralananlara şəfa diləyirik. Bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayırıq. Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır", - səfirlikdən bildirilib.