BAKI, 17 oktyabr — Sputnik. "Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, öz xoşu ilə qalan torpaqlardan çıxsın. Onsuz da biz onları oradan rədd edəcəyik. Onsuz da onların izi-tozu qalmayacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
"Onsuz da biz onları sonunadək qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin. Füzulini təslim etmək istəmirdi, halbuki bilirdi ki, onu saxlaya bilməyəcək. Cəbrayılı təslim etmək istəmirdi. İndi Cəbrayıl istiqamətində də dünən, srağagün və ötən gecə uğurlu əməliyyatlar keçirilib. Strateji yüksəkliklər götürülüb", - deyə Prezident qeyd edib.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan istənilən yolla torpaqları alacaq: "Hər kəs bunu bilsin, istənilən yol ilə biz bu torpaqları alacağıq. Azərbaycan xalqını təhdid etmək çox baha başa gələcək sizə, çox baha!"