HADİSƏ

Şentop: Müharibə cinayətlərinə göz yumanlar ittiham olunacaqlar

Mustafa Şentop: Müharibə cinayətlərinə göz yumanlar beynəlxalq hüquq qarşısında ittiham olunacaqlar.
Sputnik

BAKI, 17 oktyabr - Sputnik. Müharibə cinayətlərinə göz yumanlar beynəlxalq hüquq qarşısında ittiham olunacaqlar.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop rəsmi Twitter hesabında yazıb.

O bildirib: “Quldur Ermənistan dövlətinin Gəncə və Mingəçevir şəhərlərinə endirdiyi raket atəşlərində yenə dinc sakinlər hədəfə alındı. Hələ də, bu müharibə cinayətlərinə göz yumanlar beynəlxalq hüquq qarşısında cinayət ortağı kimi ittiham olunacaqlarını bilməlidirlər”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.