HADİSƏ

İbrahim Kalın: Ermənistan humanitar atəşkəsə baxmayaraq hərbi cinayətlər törədir

Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub.
Sputnik

BAKI, 17 oktyabr - Sputnik. Ermənistan elan edilən humanitar atəşkəsə baxmayaraq hərbi cinayətlər törədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın rəsmi Tvitter hesabında deyib.

O bildirib: “Ermənistan elan edilən humanitar atəşkəsə baxmayaraq hərbi cinayətlər törədir. Xocalıda etdiyi kimi qadın, uşaq, qoca, dinc əhaliyə qarşı cinayətlər törədir. Bu hüquqsuzluq və qətliamlar cavabsız qalmayacaq. Kim nə deyirsə desin, Türkiyə sonadək Azərbaycanın yanındadır”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.