Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 17 oktyabr — Sputnik. Ötən gecə Gəncədə baş verən terror hadisəsi ilə bağlı Türkiyənin məşhur insanlarının paylaşımı davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bu xəbər onları da sarsıdıb. Türkiyənin tanınmış müğənnisi və rejissoru Mahsun Kırmızıgül öz "instagram" səhifəsində bu sözləri yazıb: "Gəncə və Mingəçevir şəhərində sivil insanlara və uşaqlara yatarkən raket atan Ermənistanın ağlını itirmiş yöntəmi müharibə və insanlığa qarşı cinayət törədir. Ölənlərə Allah rəhmət eləsin, yaralılara şəfa diləyirəm. Savaşlar geridə yıxılmış evlər, yetim uşaqlar buraxır. Ümid edirəm, bu müharibə çox böyüməz. Və tezliklə qalıcı bir barış ortamı olar".
Ebru Gündeş isə öz "facebook" səhifəsində bu sözləri yazıb: "Canım Azərbaycana. Məsumları hədəf alınaraq xaincə etdiyi hücumu şiddətlə qınayır, itirdiyimiz bacı-qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Hər zaman, hər vəziyyətdə yanınızdayıq. Dualarımız sizinlə".
Türkiyənin məşhur müğənnisi Hadisə və rejissor-aktyor Oqtay Kaynarca da "intagram" səhifələrində Gəncə terroruna münasibətlərini bildiriblər.