BAKI, 17 oktyabr - Sputnik. "Ermənistana yeni raket kompleksləri gətirilib. Və onlar dərhal satqıncasına, qəddarcasına Azərbaycanın dinc sakinlərinə qarşı hücuma keçdilər".
Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
"Gəncədə dinc sakinlər arasında ölənlərin olduğu deyilir. Bu, Ermənistan hökumətinin siyasi terrorunun təzahürüdür", - Hacıyev Twitter-də yazıb.
Qeyd edək ki, 17 oktyabr təxminən 00:52-də Ermənistan ordusu Gəncə və Mingəçeviri raket atəşinə tutub.
Hikmət Hacıyev bildirib ki, 20-dən çox ev dağılıb.
"Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri Gəncə qəsdən hədəf seçilərək Ermənistanın raket hücumuna məruz qaldı. İnsani atəşkəsə dair vicdansız çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, 20-dən çox ev dağıdılıb", - Hikmət Hacıyev yazıb.