QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması davam edir

Ermənistan silahlı qüvvələri gecədən başlayaraq Azərbaycanın döyüş zonasından kənarda olan ərazilərini atəşə tuturlar.
Sputnik

BAKI, 17 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.