BAKI, 17 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutub.
Sputnik Azərbaycan bildirir ki, xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb. Prezidentin köməkçisi Hikmət Hacıyev xəbəri təsdiqləyib.
“Ermənistanın humanitar atəşkəs arxasında gizlənən silahlı qüvvələri terroru və müharibə cinayətlərini davam etdirir. Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qaldı. Xəsarət alanlar və zərərlər müəyyənləşdiriləcək”, - Hikmət Hacıyev yazıb.
Yerli KİV-in yazdığına görə, raketlərdən biri yaşayış evinə düşüb.