QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Gəncənin Ermənistan tərəfdən raket atəşinə tutulması nəticəsində 2 azyaşlı itkin düşüb

Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. Ermənilərin ötən gecə Gəncəni raket atəşinə tutması nəticəsində 2 azyaşlı itkin düşüb.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, düşmənin xain təxribatı nəticəsində 13 dinc sakin həlak olub, 48 nəfəri yaralanıb.

Həlak olanların 3-ü azyaşlı, 4-ü qadın, 6-sı kişidir. Yaralananların 5-i azyaşlı, 20-si qadın, 23-ü kişidir. İki uşaq isə itkin düşüb.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.