QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

BMT ermənilərin Gəncədə mülki şəxsləri hədəf alan hücumunu kəskin şəkildə qınadı

BMT-nin Baş Katibi Antonio Quterreş Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanla telefon danışığı apararaq atəşkəsin tam şəkildə həyata keçirilməsi ilə bağlı hər iki tərəfə konkret mesaj verib
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistan silahlı qüvvəllərinin Azərbaycanın Gəncə şəhərində mülki əhaliyə raket zərbəsi endirməsini və nəticədə dinc əhalinin həlak olmasını qınayıb. Təşkilat tərəfləri mülki əhalini və infrastrukturu beynəlxalq hüquq çərçivəsində qorumağa çağırıb.

Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbər görə, BMT Baş Katibinin sözçüsü Fərhan Haq Ermənistan və Azərbaycan arasındakı münaqişədən dinc insanların ziyan çəkməsindən çox narahat olduqlarını və mülki şəxslərə qarşı hücumları kəskin şəkildə qınadıqlarını bildirib.

Gəncənin Ermənistan tərəfdən raket atəşinə tutulması nəticəsində 2 azyaşlı itkin düşüb

F.Haq Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı verdiyi açıqlamada Baş Katib Antonio Quterreşin davam edən qarşıdurmadan çox narahat olduğunu deyib. O, həmçinin Baş Katibin Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyanla telefon danışığı apardığını və atəşkəsin tam şəkildə həyata keçirilməsi ilə bağlı hər iki tərəfə konkret mesaj verdiyini deyib. Quterreş BMT-nin humanitar yardıma hazır olduğunu da ifadə edib.

Üç həftədən bəri davam edən qarşıdurmaların yükünü mülki əhalinin daşıdığına diqqət çəkən Haq "dinc insanların yaşadığı bölgələrə qarşı istənilən hücumu kəskin şəkildə qınayırıq", - deyə bildirib.

Qeyd edək ki, oktyabrın 17-də gecə saatlarında Ermənistan silahlı qüvvələri yuxuda olan Gəncə şəhərinin dinc sakinlərinə raket zərbələri endirib. Son məlumatlara görə, hadisə nəticəsində 13 nəfər mülki şəxs həlak olub, 52 nəfər yaralanıb. Həlak olanların 3-ü uşaqdır. Şəhərdəki mülki obyektlərə, infrastruktura və nəqliyyat sisteminə ciddi ziyan dəyib.