VİDEO

Xocavənd rayonunun işğaldan azad olan kəndlərinin görüntüsü yayıldı

Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad olan kəndlərinin videogörüntüsünü yayıb. Həmin möhtəşəm görüntüləri Sputnik Azərbaycan-da izləyə bilərsiz.
Sputnik

Xəbər verdiyimiz kimi, oktyabrın 15-də Prezident İlham Əliyev öz Twitter səhifəsində Azərbaycanın bir sıra yaşayış məntəqələrinin işğaldan azad edildiyini bildirib. 

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" - Prezident yazıb.

Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad olan kəndlərinin videogörüntüsünü paylaşıb. 

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.