BAKI, 16 oktyabr — Sputnik. Quba rayonunda karantin rejiminin sərtləşməsindən ehtiyat edən Qusar rayonunda qabaqlayıcı tədbirlər görülməyə başlayıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, son günlər koronavirus pandemiyasının artdığı vaxtda Qusar rayon polis əməkdaşları bu gün insanların çox olduğu bir neçə yerdə sakinlərə tibbi maska paylayıblar. Polis əməkdaşları həm də sakinlərə Operativ Qərargah tərəfindən qoyulan qaydalara ciddi əməl etmələrini məsləhət görüblər.
Bundan başqa, polis əməkdaşları xidməti avtomobilləri ilə rayonun bütün istiqamətlərində səsgücləndirici vasitəsilə sakinlərə müntəzəm olaraq qoruyucu vasitələrdən istifadə etməyi xahiş və tələb ediblər.