CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kamran Əliyevə yeni vəzifə verildi

O, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Sputnik

BAKI, 16 oktyabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Kamran Əliyev yeni vəzifəyə təyin olunub.

Bu barədə xəbəri Sputnik Azərbaycan-a K.Əliyev təsdiqləyib. O bildirib ki, o, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsi rəis müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Hazırda idarənin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat yoxdur.