SƏHİYYƏ

Daha 55 şagird koronavirusa yoluxdu

Əyani təhsilə qaytarılmış siniflərin sayı 1-dir. İndiyə qədər ölkə üzrə 47 məktəb, 65 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.
Sputnik

BAKI, 16 oktyabr — Sputnik. Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, 15 şagirdin hərarəti 2 dərəcədən yuxarı olub. Daha 55 şagird və 21 işçidə koronavirus aşkarlanıb. Distant təhsilə keçmiş siniflərin sayı isə 6, məktəblərin sayı isə 10-dur. Əyani təhsilə qaytarılmış siniflərin sayı 1-dir. İndiyə qədər ölkə üzrə 47 məktəb, 65 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.