QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Əliyev Paşinyanı "Sorosun məhsulu" adlandırdı

"Bu bir növ tətik oldu. Axı bir çoxları bu mitinqləri, onları kimlərin təşkil etdiyini, onların arxasında kimlərin olduğunu unudur", - İlham Əliyev
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanı "Sorusun məhsulu" adlandırıb.

"Paşinyan Sorosun məhsuludur. Hesab edirəm ki, mənimlə hamı razılaşacaq". İlham Əliyev Azərbaycan və Ermənistan liderlərinin Sputnik-ə paralel müsahibəsində "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova deyib.

O, bildirib ki, "SSRİ-nin dağılması da Dağlıq Qarabağdakı separatizmlə başladı".

"Bu bir növ tətik oldu. Axı bir çoxları bu mitinqləri, onları kimlərin təşkil etdiyini, onların arxasında kimlərin olduğunu unudur", - deyə İlham Əliyev qeyd edib.