VİDEO

Dinc sakinlər yenə də hədəfdədirlər - video

Bu gün səhər saatlarından Ermənistan ordusu Ağdam rayonunu ağır artilleriyadan və toplardan intensiv atəşə tutub. Ən çox atəşə məruz qalan yaşayış məntəqəsi Baharlı qəsəbəsi olub. Ətraflı videomuzda izliyin.
Sputnik

Ağdamın Baharlı qəsəbəsinə atılan mərmilərdən biri tövləyə düşüb.

Ağdamın kəndləri darmadağın edilir: Qaradağlı və Rzalı kəndlərində son vəziyyət – VİDEO

Tövlə içərisindəki ot bağlamaları ilə birlikdə tam yanıb. Yanğınsöndürmə briqadaları alovun ətrafa yayılmasının qarşısı alınıb. 

Qısa müddətdə qəsəbəyə onlarla mərmi düşüb. 10-a yaxın evə mərmi düşüb. evlərdən bəziləri yanıb, bəziləri isə dağılıb. 2 nəfər qəsəbə sakini — 51 yaşlı Şahsuvar Vəliyev və 41 yaşlı Loğman Musayev xəsarət alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Rayon ərazisinə atılan mərmi Qaradağlı, Əfətli və digər cəbhəyanı yaşayış məntəqələrində də xeyli zərərə səbəb olub. Bir neçə ev yanıb,10 başdan artıq mal-qara tələf olub.