CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-19-a görə məktəblərdə monitorinqlər təşkil olunub

Tibbi məntəqələr spirttərkibli dezinfeksiyaedici məhlullarla təmin edilib, ilkin tibbi yardım üçün nəzərdə tutulmuş dərman preparatları ilə təmin edilməsi də qeyd olunub
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. Məktəblərin tibb məntəqələrində Səhiyyə Nazirliyinin işçi qrupunun üzvləri tərəfindən monitorinqlər keçirilib. Sputnik Azərbaycan-ın Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva bildirib ki, məktəblərdə COVID-19 xəstəliyinin qarşısının alınması, tibb məntəqələrində zəruri işlərin düzgün aparılması, sağlamlığın qorunması və eyni zamanda "Xüsusi karantin dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim–tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarının təsdiq edilməsi barədə" 10.09.2020-ci il tarixli 332 nömrəli Qərarının tələblərinin əməl olunmasının araşdırılması məqsədilə Bakı şəhərinin bir sıra rayonlarında (Yasamal, Nəsimi, Binəqədi, Nərimanov və s.) fəaliyyət göstərən məktəblərin tibb məntəqələrində Səhiyyə Nazirliyinin işçi qrupunun üzvləri tərəfindən monitorinqlər aparılıb.

E.Hacıyeva məktəbə gələn hər bir şagird və müəllimə termometriya aparılması, hərarət aşkar olunduğu halda həmin şəxsin xüsusi ayrılmış karantin otağına aparılıb, yerləşdirildiyini bildirib: "Bundan sonra bu haqda məlumat dərhal məktəbin və ərazi poliklinikasının rəhbərliklərinə, uşaq xəstələnən halda isə onun valideynlərinə çatdırılır. Bundan əlavə, tibbi məntəqələr spirttərkibli dezinfeksiyaedici məhlullarla təmin edilib, ilkin tibbi yardım üçün nəzərdə tutulmuş dərman preparatları ilə təmin edilməsi də qeyd olunub".