QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan Qarabağ məsələsini güzəştlə həll etmək istəyir

"Bu hansısa şəxsi ambisiya məsələsi deyil. Mən istərdim ki, nəticədə... Dağlıq Qarabağ problemi birdəfəlik ıhəll olunsun"
Sputnik

BAKI, 15 oktyabr - Sputnik. Dağlıq Qarabağ münaqişəsi güzəşt yolu ilə həll olunmalıdır ki, qərar qəti olsun və bütün tərəfləri təmin etsin.

Bunu Sputnik-ə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Bu hansısa şəxsi ambisiya məsələsi deyil. Mən istərdim ki, nəticədə... Dağlıq Qarabağ problemi birdəfəlik ıhəll olunsun. Kompromiss əsasında. Elə bir həll tapardıq ki, hər tərəf üçün – Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün qəbuledilən olsun. Və bu son qərar olsun”, - Paşinyan Azərbaycan və Ermənistan liderlərinin Sputnik-ə paralel müsahibəsində “Rossiya Seqodnya” BİA-nın baş direktoru Dmitri Kiselyova deyib.