CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlikdən xəbər saytlarına tövsiyə

Ermənistan tərəfindən Azərbaycanın bir sıra xəbər saytlarının təhlükəsizlik boşluqlarından istifadə etməklə həyata keçirilən kiberhücumlar vasitəsilə bəzi həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların yayılmasına cəhdlər göstərilir
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. Təmas xəttində düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatları ilə əlaqədar, Ermənistan tərəfindən Azərbaycanın bir sıra xəbər saytlarının təhlükəsizlik boşluqlarından istifadə etməklə həyata keçirilən kiberhücumlar vasitəsilə bəzi həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların yayılmasına cəhdlər göstərilir.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar olaraq, qurum tərəfindən bütün özəl internet resurslarının, xüsusilə xəbər saytlarının sahiblərinə düşmənin məkrli əməllərinin qarşının alınması məqsədilə müvafiq təhlükəsizlik tədbirlərini gücləndirmələri tövsiyə olunur.

"Özəl internet informasiya ehtiyatı sahiblərindən xahiş olunur ki, hər hansı kiberinsidentlə üzləşdikdə, bu barədə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər", - Mərkəzdən bildirilib.