SƏHİYYƏ

Koronavirusa yeni yoluxma pik həddə çatdı

Koronavirusa ümumi yoluxanların sayı 43280, ümumi sağalanların sayı isə 39671 nəfər təşkil edib. Hazırda aktiv xəstə sayı 2990-dır.
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına yeni 530 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib. Koronavirusa ümumi yoluxanların sayı 43280, ümumi sağalanların sayı isə 39671 nəfər təşkil edib. Hazırda aktiv xəstə sayı 2990-dır. Ümumi ölüm sayı 619, test sayı 1201924 təşkil edib.