QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağ Evin qarşısında Azərbaycana dəstək mitinqi keçirildi

Aksiya iştirakçıları ABŞ rəhbərliyini Azərbaycanın mülki şəxslərinə qarşı törətdiyi cinayətlərə son qoymaları üçün ermənilərə təzyiq göstərməyə çağırıb.
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. ABŞ-da yaşayan azərbaycanlılar və türklər Ağ Evin qarşısında mitinqi keçiriblər.

Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbər görə, Azərbaycan və Türkiyə bayraqları ilə Ağ Evin qarşısına toplaşan 200-ə yaxın mitinq iştirakçısı Azərbaycanı dəstəkləyən şüarlar səsləndirib.

Əllərində Ermənistanın işğalçı hərəkətlərini pisləyən plakatlar tutmuş aksiya iştirakçıları ABŞ rəhbərliyini Azərbaycanın mülki şəxslərinə qarşı törətdiyi cinayətlərə son qoymaları üçün ermənilərə təzyiq göstərməyə çağırıb.

Mitinqdən sonra Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısına gələn aksiyaçılar Azərbaycan-türk qardaşlığını ifadə edən şüarlar səsləndirib. Səfirlik nümayəndələri mitinq iştirakçılarını salamlayaraq Türkiyənin haqlı mübarizəsində hər zaman Azərbaycana dəstək olacağını vurğulayıblar.