SƏHİYYƏ

Yoluxmaların artmasının səbəbi açıqlandı - TƏBİB

"Yeni ocaqlar daha çox ailə, müəssisə daxilində olur. Yeni yaranan ocaqların üzərinə düşüb, onu ləğv etməyə çalışırıq"
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. "Yeni yoluxma hadisələri bizi narahat edir. Məsələn, Şəkidə yay aylarında çox yoluxma olmamışdı. Sakit regionlarımızdan idi".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, Şəkidə və Sabirabaddakı yeni yoluxma ocaqlarının yaranmasını mövsümlə əlaqələndirmək olmaz: "Çünki havalar ciddi şəkildə soyumayıb, temperatur normal olaraq davam edir. Yeni ocaqlar daha çox ailə, müəssisə daxilində olur. Yeni yaranan ocaqların üzərinə düşüb, onu ləğv etməyə çalışırıq".