QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamın kəndləri darmadağın edilir: Qaradağlı və Rzalı kəndlərində son vəziyyət – VİDEO

Humanitar atəşkəsin elan edilməsinə baxmayaraq, Ağdam rayonu durmadan intensiv atəşə tutulur. Təkcə Qaradağlı kəndinə səhər saat 10 radələrinə qədər 40-a yaxın mərmi düşüb. Ev sakinlərinin bu barədə nə düşündüyünü videomuzda izləyin.
Sputnik

Ermənistan silahlı qüvvələri kobudcasına humanitar atəşkəsi pozmağa və yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutmağa davam edir. Bu vəziyyətdən ən çox Ağdam kəndləri əziyyət çəkir. Qaradağlı və Rzalı kəndlərində bir neçə evə mərmi düşüb. Təkcə Qaradağlı kəndinə səhər saat 10 radələrinə qədər 40-dan artıq mərmi düşüb.  

“Atəşkəs” davam edir, qurbanlar artır

Dağılmış evlərdən birinin sahibi Ərşad Qurbanov sakinlər arasında heç bir qorxunun olmadığını deyib. Yusif İbrahimov isə evinin dağılmasının önəmli olmadığını, yalnız torpaqlarımızın azad edilməsi xəbərini gözlədiyini bəyan edib.

İsa Bayramov isə yaxınlığına mərmi düşməsi səbəbindən travma alıb və eşitməsində problem yaranıb.

Gün boyu Ermənistan ordusunun atəşləri səngiməyib. Buna baxmayaraq, kənd sakinləri yekdilliklə Azərbaycan Ordusuna arxayın olduqlarını bəyan ediblər.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.

Ermənistan humanitar atəşkəs xəbərini almayıb? Ağdamda dağıntılar davam edir – VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.
Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.
 Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.
Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.