QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Kreml Türkiyənin Qarabağ danışıqlarına qoşulması ideyasını şərh edib

Bundan əvvəl Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib ki, Ankara Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ problemi ilə bağlı Bakı, Yerevan, Ankara və Moskvanın iştirakı ilə dördtərəfli danışıqların aparılmasına dair təklifinə etiraz etmir.
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Rusiya Moskva görüşünün iştirakçılarının danışıqlar formatının dəyişməzliyini təsdiqləməsini əsas götürür.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Dağlıq Qarabağla bağlı danışıqlara qoşulması ideyasını şərh edərkən bildirib.

Bundan əvvəl Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib ki, Ankara Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ problemi ilə bağlı Bakı, Yerevan, Ankara və Moskvanın iştirakı ilə dördtərəfli danışıqların aparılmasına dair təklifinə etiraz etmir.

"Moskva hər şeydən əvvəl bu yaxınlarda üç xarici işlər nazirinin Moskva görüşü zamanı tərəflərin hər üçünün danışıqlar formatının dəyişməzliyi prinsipini təsdiqləməsini əsas götürür", – Peskov jurnalistlərə bildirib.