CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusa yoluxma kəskin artdı

Ümumi yoluxanların sayı 42750, ümumi sağalanların sayı isə 39570 olub. Aktiv xəstə sayı 2564 nəfər təşkil edib
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına yeni 369 yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

Ümumi yoluxanların sayı 42750, ümumi sağalanların sayı isə 39570 olub. Aktiv xəstə sayı 2564 nəfər təşkil edib. Bu günə qədər 1193870 test aparılıb, ölüm sayı isə 616 nəfər olub.