QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Lənkəranlı gənclərdən unikal addım - FOTO

“Bundan sonra yenə də layihədə iştirak etmək üçün pul vəsaiti köçürülərsə, həmin məbləği Müdafiə Nazirliyinin fonduna köçürəcəyik”
Sputnik

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. Lənkəranda bir qrup gənc cəbhədəki əsgərlər üçün pay göndərib. “Əsgər payı” adlanan layihə üçün bank hesabı da açılıb.

Layihə rəhbəri Cabir Baxşıyevin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, layihədə rəhbərlik etdiyi özəl təhsil müəssisəsinin müəllimləri ilə yanaşı, bir neçə Lənkəran sakini də iştirak edib: “Ümumilikdə 2 min manata yaxın məbləğ yığıldı. Bu vəsaitə əsgərlərimiz üçün əlcək, papaq, corab, siqaret, su, meyvə və digər ərzaq məhsulları alındı. Ötən gün dostlarımızın şəxsi avtomobillərində “Əsgər payı”mız cəbhədə vətənimizi işğalçılardan azad edən qardaşlarımız üçün aparıldı. 

Ümumilikdə layihədə təxminən 35 nəfər iştirak edən var idi. Bildirim ki, əsgərlərimiz üçün sovqat göndəriləndən sonra yenidən layihəyə qoşulmaq istəyənlər var. Bundan sonra yenə də layihədə iştirak etmək üçün pul vəsaiti köçürülərsə, həmin məbləği Müdafiə Nazirliyinin fonduna köçürəcəyik”.

Xatırladaq ki, bu ilin aprel ayında Cabir Baxşıyev və bir qrup gənc koronavirus pandemiyasının ölkəmizdə ilk yayıldığı dövrdə Lənkəranda aztəminatlı ailələr üçün yardım kampaniyası çərçivəsində bir neçə ailəyə ərzaq yardımı ediblər.