QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə son prosesləri müzakirə etdi

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla Qarabağ ətrafında baş verən son prosesləri müzakirə edib.
Sputnik

BAKI, 13 oktyabr - Sputnik. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla telefonla danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumatda bildirilir ki, telefon danışığında Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində baş verən son proseslər müzakirə edilib.

Nazirlər bu istiqamətdə apardıqları danışıqlar və görülən işlərlə bağlı bir-birilərini məlumatlandırıblar.