SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zelenski ukraynalılara beş önəmli sual verəcək

Sentyabrda Ukrayna Prezidentinin ofisində olan mənbə agentliyə bildirib ki, suallardan bir Donbas regionuna aid olacaq.
Sputnik

BAKI, 13 oktyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski oktyabrın 25-i yerli seçkilər zamanı ümumukrayna sorğusunun keçiriləcəyini anons edib. Bu barədə Sputnik Azərbaycan "strana.ua"-ya istinadən xəbər verir.

"Oktyabrın 25-i seçki məntəqəsində mən sizə 5 vacib sual verəcəyəm. Bu sualları biz küçədə, mətbəxdə və internetdə müzakirə edirik. Onlar barədə dostlar, valideynlər və taksi sürücüləri ilə mübahisə edirik. Bizdən daha əvvəl soruşmadıqları şeyləri. Sənin fikrini öyrənmək üçün 5 önəmli sual", - deyə Zelenski xalqa müraciətində bildirib.

Sualların necə formalaşdırılacağı dəqiqləşdirilmir. Sentyabrda Ukrayna prezidentinin ofisində olan mənbə agentliyə bildirib ki, suallardan bir Donbas regionuna aid olunacaq.