QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyəli müəllim nişan üzüyünü Azərbaycan Ordusuna bağışladı

Bir müddət sonra səfir ona zəng edib və nişan üzüyünü geri qaytarmaq istədiyini bildirib: "Mən də səfirə bildirdim ki, mən üzüyümü Azərbaycan Ordusuna göndərmişəm, geri götürə bilmərəm".
Sputnik

BAKI, 13 oktyabr — Sputnik. Türkiyəli müəllim Azərbaycana dəstək olmaq məqsədilə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimə yazdığı məktubla birlikdə nişan üzüyünü və Türkiyə bayrağı göndərib.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Kahramanmaraş vilayətində yaşayan 30 yaşlı müəllim Uhud Polad bu hərəkəti ilə "hər şeyimizlə yanınızdayıq" demək istədiyini bildirib:

"Türkiyənin Azərbaycanın həm yanında, həm də arxasında olduğunu hiss etdirmək məqsədilə bir məktub yazmağa qərar verdik. Və içinə də nişan üzüyümü qoydum."

Uhud Polad özəl bir məktəbdə çalışır. O, Gəncə hadisələrindən çox təsirləndiyini bildirib.

Onun sözlərinə görə, bir müddət sonra səfir ona zəng edib və nişan üzüyünü geri qaytarmaq istədiyini bildirib: "Mən də səfirə bildirdim ki, mən üzüyümü Azərbaycan ordusuna göndərmişəm, geri götürə bilmərəm".