SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Müdafiə Nazirliyi adına saxta "Telegram" kanalı və "Instagram" hesabı açılıb

Müdafiə Nazirliyi vətəndaşlarımızı saxta hesablara istinad etməməyə çağırdı və öz rəsmi hesablarının linklərini yaydı
Sputnik

BAKI, 13 oktyabr — Sputnik. "Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin saxta kanala (https://t.me/azerbaycan_mudafie_nazirliyi) və hesaba (https://www.instagram.com/mudafie.nazirliyi) istinad etməməyə çağırırıq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada deyilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "Telegram" kanalı və "Instagram" hesabı bu linklərdədir:

https://t.me/Azerbaijan_MOD

https://www.instagram.com/azerbaijan_mod