Kriştianu Ronaldu koronavirusa yoluxub

Portuqaliya yığmasının lideri Millətlər Liqasının sabah keçiriləcək İsveçə qarşı oyununda öz komandasına kömək edə bilməyəcək.
Sputnik

Turinin "Yuventus" komandasının və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldunun koronavirus testi müsbət nəticə verib. Bu barədə Portuqaliya Futbol Federasiyasının saytında məlumat verilir.

Qeyd olunur ki, 35 yaşlı hücumçuda heç bir simptom yoxdur, o, təcrid olunub. Ronaldu milli komandada işdən azad edilib və Millətlər Liqasının qrup turnirində çərşənbə günü Lissabonda keçiriləcək İsveçə qarşı oyunda iştirak etməyəcək. Oktyabrın 11-də Ronaldu Millətlər Liqasında Fransa yığmasına qarşı Sen-Denidə keçirilmiş və 0:0 hesabı ilə başa çatmış oyunda 90 dəqiqə oynayıb.

Bildirilir ki, Portuqaliya yığmasının bütün üzvləri COVID-19 keçiirliblər və digər infeksiyaya yoluxma halı aşkar edilməyib.

Ronaldu "Qızıl top"un beşqat sahibidir, Portuqaliya yığmasının tərkibində Avropa çempionudur, klub səviyyəsində çoxsaylı mükafatların sahibidir. Ötən mövsümdə hücumçu bütün turnirlərdə 46 oyun keçirib, 37 qol vurub.