MƏDƏNİYYƏT

“Da Vinçi şifrəsi”nin müəllifi romanın davamının süjetini açıqladı

Yeni kitabda professor Robert Lenqdon “kriptologiya üzrə mütəxəssis olan gözəl bir qadınla qarşılaşacaq, o qadın ona çox yaraşır”
Sputnik

BAKI, 13 okytabr - Sputnik. Amerikalı yazıçı və jurnalist Den Braun “Da Vinçi şifrəsi” romanının süjet xəttini açıqlayıb.

Yazıçı deyib ki, yeni kitabda professor Robert Lenqdon “kriptologiya üzrə mütəxəssis olan gözəl bir qadınla qarşılaşacaq, o qadın ona çox yaraşır”.

“Bu romanda professor ahəngdar münasibətlərin lap başlanğıcındadır, heç kimi axtarmır və şəxsi həyatında xoşbəxtdir. Yeri gəlmişkən, həmin qadından mənim əvvəlki romanlarımda bəhs edilib”, - Braun qeyd edib.

Den Braun müasir ingilisdilli yazıçılar arasında ən populyar və əsəri ən çox satılan şəxs hesab edilir. 2003-cü ildə nəşr olunan “Da Vinçi şifrəsi” kitabı dünya üzrə bestseller olub. Braunun digər məşhur əsərləri sırasında “Mələklər və iblislər”, “İtirilmiş rəmz” və “İnferno”nu göstərmək olar. Bu il yazıçının “Heyvani simfoniya” kitabı çapdan çıxıb.