QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Lavrov: "Qarabağ üzrə siyasi dialoqu gecikdirmək lazım deyil"

Lavrov həmçinin vurğulayıb ki, Ermənistan Xarici İşlər naziri bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirəcək.
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Dağlıq Qarabağ münaqişəsi tərəflərinin siyasi dialoqunu gecikdirmək lazım deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Moskvada Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşün yekunlarına dair mətbuat konfransında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov qeyd edib.

O qeyd edib ki, rəsmi Moskva Dağlıq Qarabağ üzrə birgə bəyanatın bütün müddəalarının yerinə yetiriləcəyinə ümid edir.

Gəncəyə raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib - İlham Əliyev

Lavrov həmçinin vurğulayıb ki, Ermənistan Xarici İşlər naziri bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirəcək.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.