SƏHİYYƏ

Daha bir xəstəxana qan banklarının siyahısına əlavə edilib

Qeyd edək ki, qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısına dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, "Bakı Sağlamlıq Mərkəzi" publik hüquqi şəxsin qanköçürmə şöbəsi də bu siyahıya əlavə edilib.

Qeyd edək ki, qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.

Müdafiə Nazirliyi bununla əlaqədar bildirib ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur. Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur.