MƏDƏNİYYƏT

Xalq artisti: “Tamaşalar canlı göstəriləndə təsir gücü daha çox olur”

Xalq artisti Vidadi Həsənov deyir ki, Azərbaycan teatrları da digər müəssisələr kimi bu qaydalara riayət etməlidir
Sputnik

“Teatr canlı sənətdir. Tamaşalar canlı göstəriləndə onların təsir gücü daha çox olur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Xalq artisti Vidadi Həsənov deyib.

Xalq artisti bildirib ki, tək bizim ölkədə deyil, dünyanın bir çox yerlərində teatrlar işlərini bu cür qurmağa məcburdur: “Azərbaycan teatrları da digər müəssisələr kimi bu qaydalara riayət etməlidir. Xüsusilə indiki məqamda qaydalara daha ciddi tabe olmalıyıq”.

Qeyd edək ki, pandemiya ilə bağlı karantin rejimi ayrı-ayrı sahələrdə yumşaldılsa da, teatrlar mart ayından başlanan virtual müstəvidə fəaliyyəti yeni mövsümdə də davam etdirirlər.

Vidadi Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz