İQTİSADİYYAT

"Qara qızıl" ucuzlaşır

Ötən həftə "Azeri Light" markalı neftin orta qiyməti 41,35 dollara bərabər olub. Həftə ərzində Azərbaycan nefti 4,5% bahalaşıb.
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 0,43 dollar geriləyərək 42,42 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,41 dollar ucuzlaşaraq 40,19 dollar olub.

Ötən həftə "Azeri Light" markalı neftin orta qiyməti 41,35 dollara bərabər olub. Həftə ərzində Azərbaycan nefti 4,5% bahalaşıb.