Ermənistanın "vurduğu" Azərbaycan PUA-sı "kukuruznik" çıxdı

Sual olunur, Azərbaycan Ordusunun sərəncamında ən müasir silah növləri və ən yeni hərbi texnika olduğu halda kənd təsərrüfatı üçün nəzərdə tutulmuş "kukuruznik" ordumuzun nəyinə gərəkdir?
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Bu gün erməni tərəfi növbəti dəfə Azərbaycan Ordusunun pilotsuz uçuş aparatını (PUA) vurduğunu elan etdi və həqiqi təsdiq etmək üçün guya həmin PUA-nın video kadrlarını yayıb.

Sputnik Azərbaycan Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, bu videonun yavaşıdılmış kadrlarına ötəri baxış etməklə havadan düşən və parlaq alovla yanan "PUA-nın" An-2 yüngül çoxməqsədli təyyarə olduğunu dəqiq görmək olar:

"Sual olunur, Azərbaycan Ordusunun sərəncamında ən müasir silah növləri və ən yeni hərbi texnika olduğu halda kənd təsərrüfatı üçün nəzərdə tutulmuş "kukuruznik" ordumuzun nəyinə gərəkdir?

Cavab sadədir: Bu üsulla erməni təşviqatı qrafika və animasiyadan istifadə etməklə erməni ictimaiyyətini aldatmaq, eləcə də erməni əsgərinin fiziki cəhətdən qırılmış əhval-ruhiyyəsini və mənəvi durumunu yüksəltmək üçün uğursuz cəhdlər göstərir.

Bir sözlə, bütün PUA-larımız sağ-salamat və döyüş sırasındadır".