Baş Prokurorluq statistikanı açıqladı

Bu müddət ərzində 1185 yaşayış evi, 57 çoxmərtəbəli bina və 148 mülki obyekt yararsız vəziyyətə salınıb.
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Azərbaycan Respublikası Baş Prokurorluğu sentyabrın 27-dən bu günə qədər erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.

Sputnik Azərbaycan Prokurorluğun məlumatına istinadla xəbər verir ki, 41 dinc sakin həlak olub, 207 nəfər dinc sakin xəsarət alıb.

Bu müddət ərzində 1185 yaşayış evi, 57 çoxmərtəbəli bina və 148 mülki obyekt yararsız vəziyyətə salınıb.