İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi hissəsini raket atəşinə tutub.
Prezidentin köməkçisi Hikmət Hacıyevin bildirdiyinə görə, üç yaşayış binası dağıdılıb. İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb. 33 uşaq ağır yaralanıb.
Gəncədə raket atəşindən sonrakı son durumu Sputnik Azərbaycan-ın bölgə müxbiri lentə alıb.