VİDEO

Ermənilər atəşkəsə məhəl qoymurlar: Ağdamdan son videogörüntülər

Ermənistan ordusu atəşkəsin başlamasına bir neçə saat qalmış Ağdamı güclü artilleriya atəşinə məruz qoyub. Atəşkəs elan ediləndən sonra da ermənilərin terroru durmayıb. Ətraflı videomuzda.
Sputnik

Atılan mərmilər rayon ərazisində 30-a yaxın evə zərər vurub, onlardan bir neçəsi yanıb və tam dağılıb.

Ermənistanın raket hücumundan sonra Gəncədə son vəziyyət - video

Ən çox ziyan Xındırıstan kəndinə dəyib. Kənd sakini Elxan Həsənova məxsus soğan anbarına mərmi düşüb. Orada olan 2800 kisə, 90 tona yaxın soğanın əksəriyyəti zay olub. Fermerə 30 min manata yaxın ziyan dəyib.

Xındırıstanda daha bir mərmi Namiq Mahmudovun traktoruna və qoşqusuna tuş gəlib. Texnikaya ciddi zərər dəyib.

Atəşkəsin elan olunmasından sonra da Ermənistan ordusu ağır artilleriyadan Ağdamın yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. Xüsusən də Çəmənli və Zəngişalı kəndləri güclü atəşə məruz qalıb.