QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın raket hücumu nəticəsində Gəncədə 7 nəfər ölüb - Hikmət Hacıyev

Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir - Hikmət Hacıyev
Sputnik

BAKI, 11 oktyabr - Sputnik. “İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7 + mülki şəxs öldürülüb”.

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O bildirib ki, gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb: "Üç yaşayış binası dağıdılıb. İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb. 33 uşaq ağır yaralanıb. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.