QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın enerji infrastrukturlarını hədəfə alması digər ölkələrə də təhlükə yaradır

H.Hacıyev deyib ki, Azərbaycan özünün suveren əraziləri çərçivəsində müharibə aparır. Ermənistan isə öz ərazisindən istifadə etməklə Azərbaycan şəhərlərini atəşə tutur
Sputnik

BAKI, 11 oktyabr - Sputnik. “Ermənistanın bu əməlləri regional sülhə böyük təhdid yaradır”.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan özünün suveren əraziləri çərçivəsində müharibə aparır: “Ermənistan isə öz ərazisindən istifadə etməklə Azərbaycan şəhərlərini atəşə tutur. Ermənistan enerji infrastrukturlarını da hədəfə alır ki, bu da təkcə Azərbaycan deyil, digər ölkələr üçün də təhlükə yaradır”.