Mətbuat Şurası jurnalistlərin cəbhəboyu ərazilərdə peşə fəaliyyətlərini yerinə yetirmələrinə dair tövsiyələr hazırlayıb.
Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, hazırkı müharibə şəraiti jurnalistlərdən maksimum peşəkar davranmağı tələb edir:
“Peşəkarlıq ekstremal situasiyaya hazırlıqla bağlıdır. İndiki əməliyyatlarda düşmən tərəf mülki yaşayış sahələrini və insanları vurur. Jurnalistlər həm qoruyucu kaskalardan və gülləkeçirməz jiletlərdən istifadə etməlidir. Amma hökmən də hərbiçilərdən fərqlənməlidir. Eyni zamanda jurnalistlər fiziki təhlükəsizliyini təmin edib, obyektiv informasiya hazırlanmasına çalışmalıdır”.
Ələsgər Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz