BAKI, 10 oktyabr — Sputnik. Bir neçə günə Hindistan və İsrailin birlikdə istehsal etdiyi supertest hazır olacaq.
Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, yeni testlər koronavirusa yoluxmanı 30 saniyə ərazində müəyyən edə biləcək.
Bu barədə İsrailin Hindistandakı səfiri Ron Malka danışıb:
"Bütün mərhələlər uğurla sınaqdan keçib. Bu, dünya üçün yaxşı məlumat olacaq".
Test "açıq səma" adlandırılıb. Malkanın sözlərinə görə, test dünyada aviauçuşların bərpasına imkan yaradacaq. Testin texnologiyasına görə, şəxs boruya üfürəcək və nəticə bir dəqiqədən az müddətə bəlli olacaq.
Bu testin qiyməti də ucuz olacaq. Çünki testin yoxlanılması üçün labaratoriya və s. xərclərə ehtiyac olmayacaq. Ekspress testlər Hindistanda istehsal ediləcək.
Xatırladaq ki, iyul ayında İsrail koronavirusu müəyyən edə biləcək inqilabi texnologiyanı Hindistana gətirib. Nümayəndə heyətinə Şiba Xəstəxanasının infeksion xəstəliklər üzrə mütəxəssisi professor Nati Keller və Səhiyyə Nazirliyinin İnnovasiya şöbəsinin nümayəndəsi İtai Gordon rəhbərlik ediblər.
Avqustun əvvəlində israillilər vəzifələrini başa vuraraq gedi qayıdıblar. Qrup test üçün Hindistandakı koronavirus xəstələrindən 20.000 nümunə götürüb.