QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İgid əsgər, qələbə sənindir! Gəncədə “Əsgərə məktub” aksiyası keçirilir – video

Cəbhədə döyüşən əsgərləri ruhlandırmaq üçün ölkənin ikinci böyük şəhəri Gəncədə əsgərə məktub layihəsinə start verilib. Layihənin necə keçdiyini videomuzda izləyin.
Sputnik

Gəncənin yerli sakinləri və şəhərə gələn qonaqlar onlar üçün yerləşdirilən masalara əyləşib qəhrəman əsgərlərə öz arzularını, xoş sözlərini çatdırırlar. Uşaqdan böyüyə hər kəs məktub yazıb, ürəklərində olan istəkləri igid vətən oğullarına çatdırmağa çalışırlar.

Əsgərə məktub layihəsi çərçivəsində 300-dən artıq məktub toplanıb.

Tərtər rayonunun işğaldan azad olunan Talış kəndindən VİDEO

Xatırladaq ki, bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərшт, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.