QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mövlud Çavuşoğlu Moskva görüşü barədə: Azərbaycanın verdiyi qərarları dəstəkləyirik

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İlər Naziri Ceyhun Bayramovla Moskva görüşünü müzakirə edib.
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İlər Naziri Ceyhun Bayramovla telefonla danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, Ceyhun Bayramov Moskvada keçirilən son görüş haqqında Mövlud Çavuşoğluna məlumat verib.

Çavuşoğlu isə deyib ki, Türkiyə yalnız Azərbaycanın verdiyi qərarları dəstəkləyir və dəstəkləyəcək.

Xatırladaq ki, Azərbaycan və Ermənistan Qarabağda humanitar məqsədlər - Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi əsirlərin və meyitlərin dəyişdirilməsi üçün - oktyabrın 10-u 12:00-dan etibarən atəşi dayandırmaq barədə razılığa gəliblər.