QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqlarının fotogörüntüləri yayıldı

Müdafiə Nazirliyi Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqlarının fotogörüntülərini yayıb.
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. Dünən Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 "Elbrus" əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfinin Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilməsi barədə məlumat verilib.

Sputnik Azərbaycan xəbər verir ki, Müdafiə Nazirliyi həmin raketin vurulmasından sonra yerə dağılan qalıqları əks etdirən fotoları təqdim edib.