BAKI, 10 oktyabr - Sputnik. Humanitar yardım adı altında "Atlantis Armenian Airlines" aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında məlumat verib.
“Bu, açıq şəkildə Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir”, - Hacıyev yazıb.