QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan atəşkəsi pozub, günahı Azərbaycanın üstünə atır

Nazirlik Ermənistan tərəfinin guya Qafanın bölmələrimiz tərəfindən raket atəşinə tutulması, ölən və yaralananların olması barədə yaydığı məlumatın da yalan və düşmənin növbəti təxribatı olduğunu qeyd edib.
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. Ermənistanın Müdafiə Nazirliyi bu gün saat 12:05-də Azərbaycan tərəfinin atəşkəsi pozduğunu iddia edib. Nazirliyin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb ki, guya Azərbaycan Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində hücuma keçib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün saat 12:34-də Tərtər və Ağdam rayonlarının ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu xəbər verib.

Nazirlik Ermənistan tərəfinin guya Qafanın bölmələrimiz tərəfindən raket atəşinə tutulması, ölən və yaralananların olması barədə yaydığı məlumatın da yalan və düşmənin növbəti təxribatı olduğunu qeyd edib.

Ermənistan atəşkəsə əməl etmir: Tərtər və Ağdam yenə atəşə tutulur

Xatırladaq ki, bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərшт, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.