SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ankara: Kanada Yerevanı qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa çağırmalıdır

Türkiyə və Kanada xarici işlər nazirləri telefon danışığında silah və texnologiya ixracına qadağa qoyulmasına da toxunublar.
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu kanadalı həmkarı Fransua-Filip Şampan ilə telefon danışığında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə edib.

Sputnik AzərbaycanAnadolu Agentliyinə istinadən xəbər verir ki, nazirlər Kanadadan Türkiyəyə silah və texnologiya ixracına qadağa qoyulmasına da toxunublar.

Çavuşoğlu Ankaranın Dağlıq Qarabağla bağlı mövqeyindən danışıb və vurğulayıb ki, Ottava Yerevanı qoşunlarını işğal altındakı Azərbaycan torpaqlarından çıxarmağa çağırmalıdır.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlamaq qərarına gəlib.